Cəbhədə 13 avqust təxribatı

Cəbhədə 13 avqust təxribatı
Hadisə 898

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 108 dəfə pozub.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan, Şavarşavan, İcevan rayonunun Berkaber kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Tərtər rayonunun Çiləbürt, Qızıloba, Yarımca, Göyarx, Çaylı, Ağdam rayonunun Şıxlar, Qaraqaşlı, Sarıcalı, Novruzlu, Kəngərli, Yusifcanlı, Cəvahirli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Cəbhədə vəziyyət gərginləşdi

Cəbhədə vəziyyət gərginləşdi

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərz...

1045 Hadisə 10:30 11 avqust 2015

Son xəbərlər