Bu restoran və şadlıq evləri CƏRİMƏLƏNDİ

Bu restoran və şadlıq evləri CƏRİMƏLƏNDİ
Hadisə 230

Bakı şəhərində havaya normadan artıq tullantı atan ictimai iaşə obyektləri cərimələnib.

BAKU.WS xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən monitorinqlər zamanı "Mega Palace", "Bəyaz Saray", "Fəridə" şadlıq saraylarından, "İmperator", "Kənd Qəbələ", "Niaqara", "Qədim Bərdə", "Çinaraltı Kabab", "Qoca Çinar" və "Lüks Dönər" restoranlarından havaya normadan artıq tullantı atıldığı müəyyən edilib.

İ.İbrahimova qeyd edib ki, faktlarla bağlı sözügedən obyektlərin məsul şəxsləri barəsində protokol tərtib edilərək hər birinin 2500 manat məbləğində cərimə olunması ilə bağlı qanunamüvafiq tədbirlər görülür.

Oxşar xəbərlər

Masazırda elektrik naqilində partlayış TƏHLÜKƏSİ

Masazırda elektrik naqilində partlayış TƏHLÜKƏSİ

Abşeron rayonunun Masazır qəsəbəsinin Qarabağlılar küçəsində yerləşən yaşayış massivində elektrik naqilində iki gündür ciddi nasazlıq müşahidə olunur. Bu barədə...

61 Hadisə 22:55 21 iyul 2025

Son xəbərlər