Bu ölkələr bu il dağılacaq - Vanqadan DƏHŞƏTLİ AÇIQLAMA
"Brexit" (Böyük Britaniyanın Avropa Birliyini tərk etməsi) barədə məşhur bolqar öncəgörən, ekstransens Vanqa qabaqcadan xəbər verib.
BAKU.WS anspress-ə istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın "Sun" saytının araşdırmasında deyilir.
Saytda yer alan müəllif araşdırmasında Vanqanın Avropanın 2016-cı ildə dağılacağı haqqında proqnoz verdiyi bildirilir.
"Sun" saytının araşdırmasına görə, Vanqanın Avropanın 2016-cı ildən sonra bütün mövcudluğunu itirəcəyi ilə bağlı öncəgörmələri reallaşmağa başlayıb. Böyük Britaniyanın birliyi tərk etməsindən sonra başqa ölkələrin də ittifaqı tərk edəcəyi gözlənilir.
Bundan başqa müəllif Vanqanın İŞİD terror qruplaşması haqqında da proqnoz verdiyini və bunun hazırda göz qabağında olduğunu xatırladıb.
Ümumilikdə ekstrasensin proqnozlaşdırdığı bütün məlumatların 85%-i reallaşıb. O, 2001-ci il 11 sentyabrda ABŞ-da baş verən qanlı terror aktı, iqlim dəyişikliyi, 2004-cü ildə İndoneziyada baş verən dəhşətli sunami, ABŞ prezidentinin qaradərili seçiləcəyini öncədən görüb. Sonuncu fakt haqqında o, 1989-cu ildə xəbər verərək əlavə edib ki, qaradərili namizəd ABŞ-ın son prezidenti olacaq.
Vanqa proqnozlarında 2016-cı ildə ekstremistlərin kimyəvi silahlardan istifadə edərək Avropaya böyük miqyaslı hücumlarından xəbər verir.
Bolqar qadın bu il terrorçuların və terror qruplaşmalarının sayının artmaqda davam edəcəyini, ABŞ, Fransa və Böyük Britaniyanın apardığı mübarizəyə baxmayaraq terrorçuların gücünün daha da artacağını xəbər verib.
1911-ci ildə anadan olan bolqar Vanqeliya Pandeva-Quşerovanın gələcəkdə baş verəcək hadisələr haqqında dəqiq məlumat verməsi onu bütün dünyada məşhur edib. Onun verdiyi xəbərlərin dəqiqliyini ekspertlər 85% doğru qiymətləndirirlər.
BAKU.WS
Oxşar xəbərlər
Manatı qarşıda nələr gözləyir? - AÇIQLAMA
Böyük Britaniyanın Avropa Birliyindən çıxması maliyyə bazarlarına öz təsirini göstərəcək. BAKU.WS bildirir ki, bu sözləri axar.az-a açıqlamasında Milli Məclisi...