Bu ölkədə vulkan püskürdü, 150 sakin itkin düşdü

Bu ölkədə vulkan püskürdü, 150 sakin itkin düşdü
Hadisə 221

Sualtı vulkan püskürməsi və sunami nəticəsində Tonqo Krallığının ciddi ziyan çəkmiş mərkəzi hissəsindəki iki adanın 150 sakininin taleyi qeyri-müəyyən olaraq qalır.

AZƏRTAC "Radio New Zealand" radiostansiyasına istinadla xəbər verir ki, ada dövlətin hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakətin zərbəsindən sonra yaşayış infrastrukturu tamamilə dağılmış Manqo adasının 50, Atata adasının isə 100 sakininin taleyi indiyədək məlum deyil.

Yeni Zelandiya Hərbi Hava Qüvvələri tərəfindən aparılan müşahidələrə görə, adalarda bir neçə çadır sığınacaqdan başqa, heç bir bina qalmayıb. Sağ qalanlar haqqında hələlik məlumat əldə etmək mümkün olmayıb.

Ölkədə internet və beynəlxalq rabitəni təmin edən sualtı kabelin zədələnməsi səbəbindən ada dövlətin xarici aləmlə əlaqəsi məhdudlaşıb. Kabelin təmirinə dörd həftəyə yaxın vaxt lazım gələcəyi bildirilir. Təyyarə uçuşları dayanıb, bir çox dəniz limanlarının işi pozulub. Ərzaq və dərman preparatları çatışmazlığı barədə məlumatlar var.

Xatırladaq ki, yanvarın 14-də Sakit okeanda yerləşən Tonqo Krallığında yeraltı vulkan püskürməsi baş verib və onun ardınca yaranan sunami sahil ərazilərini, o cümlədən paytaxtın bir sıra rayonlarını, kral sarayının yaxınlığında yerləşən zonanı su altında qoyub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər