Borclu borclunun sağlığını yox, ölümünü istədi... - VİDEO

Borclu borclunun sağlığını yox, ölümünü istədi... - VİDEO
Video
Hadisə 130

Gəncədə qətl törədilib. Şəhər sakini yaşadığı evin yaxınlığında bıçaqla öldürülüb.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, dünən axşam saatlarında 38 yaşlı Vasif Həsənovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 28 yaşlı Yaqub Həsənovun aralarında yaranmış mübahisə zamanı Vasif Həsənova kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlumata görə, hər iki şəxs yas çadırlarının kirayə verilməsi fəaliyyəti ilə məşğul olub. Ehtimal edilir ki, aralarındakı dava bu işlə bağlı yaranmış borc üstündə başlayıb.

Faktla bağlı cinayət işi başlanıb, Yaqub Həsənov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər