Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olunub
18
avq
2026
09:57
Qəbələ rayonunun Hacallı kəndi, Ağcabədi rayonunun Aşağı Qiyaməddinli kəndi və Ağsu şəhəri ərazisində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.
DİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib ki, araşdırmalarla yanğının E.Məhyəddinov, İ.Zeynalov və E.Musayev tərəfindən törədildiyi məlum olub.
Yanğın hadisələri nəticəsində biçilmiş əkin sahəsi və kol-kos yanıb.
Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Oxşar xəbərlər
Yardımlıda çayxanaya basqın: Sahibkar bıçaqlandı
Yardımlıda çayxanada bıçaqlanma hadisəsi baş verib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Yardımlı şəhəri, Heydər Əliyev küçəsi 10 ünvanında yerləşə...