BNA Sumqayıtda avtobusun qaçırılması ilə bağlı məlumat yayıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Nəqliyyat Agentliyi (BNA) Sumqayıtda avtobusun qaçırılması ilə bağlı məlumat yayıb.
Agentlikdən BAKU.WS-ə verilən məlumatda bildirilir ki, 04.02.2021 tarixində axşam saatlarında Sumqayıt şəhərində sərnişin avtobusunun sürücüsünün avtoxuliqanlıq etməsinə dair fakt qeydə alınıb.
"Bəzi xəbər saytlarında və sosial şəbəkə hesablarında avtobusun Bakı Nəqliyyat Agentliyinə məxsus olması barədə həqiqətə uyğun olmayan informasiyalar yayılıb. Məlumat üçün bildiririk ki, avtoxuliqanlıq halı qeydə alınan nəqliyyat vasitəsi "Xaliq Faiqoğlu" MMC-yə aiddir. 10-TG-816 dövlət qeydiyyat nişanlı avtobus 114 nömrəli müntəzəm xətt üzrə istismardadır.
Hazırda fakt üzrə hərtərəfli araşdırma aparılır. Xətt üzrə daşıyıcı "Xaliq Faiqoğlu" MMC-nin məsul şəxsləri agentliyə çağırılıb. Məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək", - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
SON DƏQİQƏ! Bakıda 2 avtobus toqquşdu - çox sayda yaralı var - YENİLƏNİB
Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda iki avtobusun toqquşması ilə nəticələnən qəza barədə məlumat yayıb. Agentlikdən BAKU.WS-ə verilən xəbərə görə, yanvarın 30...