SİZİN REKLAM BURADA!
055 213 76 73


Sumqayıtda avtobus sürücüsü Quluyev Ceyhun Ələmqulu oğlu avtoxuliqanlıq edib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, işıqforun qırmızı işıqda keçən avtobus sürücüsü yol polisinin “Saxla” əmrinə tabe olmayıb və hərəkəti davam etdirib.

Sumqayıt Dövlət Yol Polisi əməkdaşları şəhərin mərkəzi hissəsində sürət həddini aşaraq hərəkət edən avtobusu maneə ilə saxlayıblar. Sürücü və konduktor Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətirilib.

Sürücünün nəqliyyat vasitəsini sərxoş idarə etdiyi bildirilir.

Məlumata görə, o, hadisə zamanı yol polisinin avtomobilini də əzib.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.

***00:29

Sumqayıtda avtobus sürücüsü yol polisinin “Saxla” əmrinə tabe olmayıb.

Unikal.org xəbər verir ki, YPX əməkdaşları tərəfindən avtobus sürücüsünə müvafiq əmr verilib.

Lakin o, polisin əmrinə tabe olmayıb və hərəkəti davam etdirib. Yüksək sürətlə şəhərin yolları ilə şütüyən avtobusu saxlamaq üçün Sumqayıt Dövlət Yol Polisi əməkdaşları maneə yaradaraq istəklərinə müvəffəq olublar. İlkin ehtimala görə, sürücü içkili olub.

Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırma aparılır.

BAKU.WS
VİDEO

QALEREYA