Bişkek-Antalya reysini həyata keçirən təyyarə Bakıya təcili eniş etdi
13
avq
2022
10:06
"Türk Hava Yolları" aviaşirkətinə məxsus THY4055 Bişkek-Antalya reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etməyi tələb edib.
Bu barədə BAKU.WS-ə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, "Boeing B737" təyyarəsinin plandankənar enməsinə baqaj bölməsində işləyən tüstü sensoru səbəb olub.
Təyyarə saat 09:18-də Bakı hava limanında uğurlu eniş edib.
Hazırda təyyarəyə hava limanının texniki heyəti tərəfindən baxış keçirilir.
Oxşar xəbərlər
Bakı aeroportuna Cənubi Koreyanın təyyarəsi məcburi eniş edib - FOTO
Heydər Əliyev Beynəlxalq Aeroportunda Koreyanın “Korean Air” aviaşirkətinə məxsus təyyarənin məcburi eniş etməsi ilə əlaqədar hazırlıq və həyəcan siqnalı elan e...