AZAL-ın təyyarəsi kondisionerdəki texniki nasazlıqla bağlı eniş edib
04
iyl
2021
09:15
Saat 07:22-də Bakıdan Naxçıvana uçuş edən "Azərbaycan Hava Yolları"na məxsus "Airbus A319" təyyarəsinin kapitanı Bakı hava limanına qayıdaraq eniş etməyi xahiş edib.
"Azərbaycan Hava Yolları" QSC-dən BAKU.WS-ə verilən məlumata görə, təyyarənin plandankənar enməsinə texniki nasazlıq (kondisioner sistemində problem) səbəb olub.
Təyyarə Bakı vaxtı ilə saat 08:01-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib.
Hava gəmisinin göyərtəsində 122 sərnişin olub. Onlar Naxçıvan şəhərinə digər təyyarə ilə göndəriləcək.
Oxşar xəbərlər
DTX Rusiya təyyarəsinin Bakıya təcili eniş etməsi ilə bağlı məlumat yayıb
Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) “Bəhreyn-Moskva” marşrutu üzrə uçuş edən Rusiya təyyarəsinin Bakıya təcili eniş etməsi ilə bağlı məlumat yayıb.BAK...