Binəqədidə yolda su sızır: Vətəndaşlar narahatdır
Binəqədi rayonu, Baksol yaşayış massivində – radarın düz yanında yerləşən yolun ortasında su sızması müşahidə olunur.
BAKU.WS-in qaynar xəttinə daxil olan vətəndaş şikayətində bildirilir ki, yolun səthindən fasiləsiz şəkildə su fışqırır və bu, həm nəqliyyatın hərəkətini çətinləşdirir, həm də yolda əlavə çuxurların yaranmasına səbəb olur.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən BAKU.WS-ə bildirildi ki, qeyd olunan ünvanda su xəttində qəza baş verib:
"Müvafiq rayon sukanal idarəsinin qəza briqadası əraziyə cəlb edilərək axıntının qarşısı alınıb, təmir işləri icra edilərək su şəbəkəsinin fəaliyyəti bərpa edilib".
Oxşar xəbərlər
Cəlilabadda yük avtomobili piyadanı vuraraq öldürüb
Cəlilabadda 62 yaşlı kişini avtomobil vuraraq öldürüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Maşlıq kəndində qeydə alınıb. Belə ki, "QAZel"...