Binəqədidə kafedə partlayış olub

Binəqədidə kafedə partlayış olub
Hadisə 722
Binəqədi rayonunda ümumi sahəsi 120 kvadratmetr olan kafenin mətbəxində həcmi 50 litr olan maye qaz balonunda yanğınla nəticələnən partlayış baş verib.Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, yanğın nəticəsində mətbəx və içərisindəki əşyalar 30 kvadratmetr sahədə yanıb. Yüksək temperaturdan kafenin lambirindən ibarət tavanının 50 kvadratmetrlik hissəsi əriyib. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakıda yanğın qeydə alınıb.BAKU.WS Trend-ə istinadən bildirir ki, şəhərin Xətai rayonunda, Xudu Məmmədov küçəsində çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəs...

781 Hadisə 09:17 29 iyun 2019

Son xəbərlər