Pirallahıda yanğın - Bir nəfər tüstüdən boğularaq öldü
30
may
2019
09:36
Pirallahı rayonunda yanğın baş verib.Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı mansarda tipli evin 2 otağının yanar konstruksiyaları 40 m² sahədə və mansardı 10 m² sahədə yanıb.Yanğının kəşfiyatı zamanı tüstüdən boğulmuş 1951-ci il təvəllüdlü Şargin Sergey İvanoviçin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.Evin qalan hissəsi və digər ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Oxşar xəbərlər
Yasamalda ev yanıb, bir nəfər tüstüdən zəhərlənib
Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli 11 otaqlı evin 2 otağının və mətbəxinin yanar konstruksiyaları 43 m² sahədə yanıb.Fövqəla...