Binəqədidə 15 nəfərin həlak olduğu yanğın hadisəsindən 10 il ötür

Bu gün Binəqədi rayonundakı yaşayış binasındakı yanğından 10 il ötür.
BAKU.WS xatırladır ki, 10 il əvvəl Azərbaycan Respublikasının paytaxtı Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında saat 10:30-da yanğın baş verib.
Yanğının başlamasına ilkin versiya kimi binanın üzərinə çəkilmiş poliuretan üzlüklər göstərilib.
Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb. Cinayət məcəlləsinin 3 maddəsi əsas götürülüb.
Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə və ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanıb.
Hadisə yerinə cəlb edilən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və yanğınsöndürən helikopterin səyləri nəticəsində yanğınin üç saat ərzində tamamilə söndürülməsi mümkün olmuşdur.
Hadisə nəticəsində 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb.
Oxşar xəbərlər
Bakıda şizofreniya xəstəsi 1 ay 9 gündür ki itkin düşüb
Bakıda şizofreniya xəstəliyindən əziyyət çəkən qadın 1 ay 9 gündür ki itkin düşüb. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, 65 y...
