Binədə açıq ərazidə yanğın olub
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN Mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qamışlıq sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində açıq ərazidə 700 kv.m. sahədə qamışlıq və kol-kos yanıb.
Ətraf ərazilər və kommunikasiya xəttləri yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...