Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Bərdə rayonunun Türkmən kənd sakini Sədaqət Novruzovanın idarə etdiyi "Hyundai Santa Fe" markalı minik avtomobili idarəetməni itirərək aşıb.
Nəticədə avtomobilin içərisində olan sərnişinlər - 1966-ci il təvəllüdlü Əsədova Cəmilə Hüseyn qızı, 1984-cü il təvəllüdlü Həsənova Qətibə Məhəbbət qızı və 2016-cı il təvəllüdlü Həsənzadə Tunar Rafayıl oğlu xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Kürdəmirdə dəhşətli qəza - 4 ölü, 6 yaralı - FOTO
Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir...