Biləsuvarda şahin quşlarını ovlamaq istəyən şəxs cəzalandırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvar rayonunun inzibati ərazisində şahin quşlarının tutularaq xaricə satılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat əsasında nəzarət tədbirləri keçirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, xidmətin rəisi Hikmət Əlizadə keçirilən nəzarət tədbirləri zamanı Biləsuvar rayonunun Azı deyilən ərazisində şahin quşlarını ovlamaq istəyən rayonun Aranlı kənd sakini Yaqub İbayevin saxlanıldığını bildirib.
Onun sözlərinə görə, qanun pozucusunun idarə etdiyi 90-UM-312 dövlət nömrə nişanlı “Niva” markalı avtomobilinə keçirilən baxış zamanı şahin quşlarının ovlanmasında istifadə edilən kustar üsulla hazırlanmış kürəyində tələ olan 2 çöl göyərçini, 5 tələ və şahin quşlarının saxlanılması üçün qəfəslər aşkar edilərək maddi sübut kimi götürülüb.
H.Əlizadə qeyd edib ki, faktla bağlı təqsirkar Yaqub İbayev barəsində akt və protokol tərtib olunub və o, 2000 manat məbləğində cərimə edilib”.
Oxşar xəbərlər
Hamilə gəlinin hamamda başına gətirilən DƏHŞƏT - Azərbaycanda ŞOK ƏMƏL
“Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsinin Lənkəran rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinin rəisi vəzifəsində işləm...