Biləsuvarda kəndi su basdı: "Elə bildik ki, dünyanın axırıdır"
25
may
2026
14:12
Biləsuvar rayonunun Zəhmətabad kəndində 50-yə yaxın ev və həyətyanı sahə yağış sularından zərər görüb.
Baku TV-nin məlumatına görə, mayın 22-də başlayan aramsız yağış qısa müddətdə güclənərək kənddə ciddi fəsadlar törədib. Bir sıra evlərə su dolub, sakinlər çətin vəziyyətlə üzləşiblər.
"Bizi vahimə bürüdü, elə bildik ki, dünyanın axırıdır. Evlərimiz kərpicdəndir, dağılmasından qorxuruq. Dam uçub, toyuq-cücə dağıntı altında qalıb", - sakinlərdən biri bildirib.
Oxşar xəbərlər
"Mən özüm iki uşaq atasıyam": "Yango" sürücüsü doğuş sancıları başlayan qadını Binə qəsəbəsindən təcili xəstəxanaya çatdırıb
"Yango" xidmətinin sürücü-tərəfdaşı üçün adi iş günü əsl xilasetmə əməliyyatına çevrilib. Sürücünün təmkinli davranışı, ata təcrübəsi və peşəkarlığı sayəsində d...