Biləcəridə baş verən yanğın söndürülüb, hərəkət məhdudiyyəti aradan qaldırılıb
24
iyl
2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində açıq ərazidə baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) isə yanğın səbəbindən "Biləcəri" dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətin aradan qaldırıldığını açıqlayıb.
Oxşar xəbərlər
Bakıda gənc oğlan küçədə bıçaqlandı
Bakıda gənc oğlanın küçədə bıçaqlanması ilə bir nəfər saxlanılıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, noyabrın 29-da gecə saatlarında Xətai rayonunda M.F...