Beş aylıq hamilə qadın öldü: Kim günahkardır?

Beş aylıq hamilə qadın öldü: Kim günahkardır?
Video
Hadisə 89

Avqustun 20-də Tovuz rayon sakini, 24 yaşlı Lalə Quliyeva beş aylıq hamiləliyini sonlandırdıqdan sonra güclü qanaxmadan həyatını itirib.

TƏBİB-in məlumatına görə, qadın Sabunçu Tibb Mərkəzinə ölü vəziyyətdə gətirilib. Lakin abortun hansı tibb müəssisəsində və kim tərəfindən aparıldığı açıqlanmayıb.

Qeyd edək ki, mərhum Sabunçu Tibb Mərkəzinə "Vitam Med Hospital"dan gətirilib. Hospitalın baş həkimi Baku TV-yə açıqlamasında bildirib ki, abort onların klinikasında aparılmayıb. Onun sözlərinə görə, qadın klinikaya müraciət edərkən vəziyyəti ağır olub.

"Avqustun 20-də saat 21:04-də klinikaya güclü qanaxma şikayəti ilə müraciət edən xəstəyə ilkin tibbi yardım göstərilib. Xəstənin hamilə olub-olmaması barədə heç bir məlumatım yox idi. Onun əlində hər hansı tibbi sənəd də yox idi. Yalnız qanaxmanın olduğunu gördüm. Damar yolu açıldı, oksigen verildi və xəstə stasionara qaldırıldı. Daha sonra təcili tibbi yardım çağırıldı", - deyə həkim bildirib.

Onun sözlərinə görə, xəstə təcili tibbi yardım avtomobili ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub və yolda həyatını itirməyib:

"Xəstə Sabunçu Tibb Mərkəzinə sağ-salamat çatdırılıb. O, yolda həyatını itirməyib və ya hər hansı başqa hadisə baş verməyib".

Mərhumun ev şəraitində və yaxud hansısa klinikada abort etdirdiyi hələlik məlum deyil.

Bəs ümumiyyətlə, hamiləliyin hansı mərhələsində və hansı hallarda sonlandırılmasına icazə verilir?

Ginekoloq Rəşad Sultanın sözlərinə görə, hamiləliyin dörd-altıncı aylarında sonlandırılması daha riskli prosedur hesab olunur. Bu mərhələdə güclü qanaxma və digər ağırlaşmaların yaranma riski daha yüksəkdir:

"Əgər döldə qüsur aşkar edilərsə, müəyyən hallarda hamiləliyin sonlandırılması mümkündür. Bunun üçün hamilə qadının razılığı və tibbi konsiliumun qərarı tələb olunur. Dörd-altı aylıq hamiləliyin sonlandırılması daha çox risk daşıyan prosedurdur. Güclü qanaxma və digər ağırlaşmalar yarana bilər".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər