Bərdə sakini qonşusunun evini yandırdı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bərdə rayonunda fərdi yaşayış evi yanıb.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Qazqurdali kəndində qeydə alınıb.
Tərtər rayon sakini Anar Məmmədova məxsus fərdi yaşayış evi gecə saatlarında yanıb. Hadisə zamanı 4 otaqlı, bir mərtəbədən ibarət yaşayış evi əşyaları ilə birlikdə tam yanıb.
Ev sahibi A.Məmmədov iddia edir ki, onun evini qonşusu Mobil adlı şəxs qəsdən yandırıb.
Hadisə vaxtı ev sahibləri mənzildə olsa da xoşbəxtlikdən xəsarət alan olmayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Bərdə rayon şöbəsinin yanğınsöndürənləri cəlb edilib, alov söndürülüb. Məmmədovlar ailəsi hadisə ilə bağlı rayon polis şöbəsinə məlumat verib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Gəlini və qonşusundan şübhələnən qayınata qətlə yetirildi - VİDEO
2018-ci il avqustun 20-si saat 13 radələrində Ramana qəsəbəsində yaşayan Kamran Tağı-zadə istifadəsindəki mobil telefondan DİN "102" mərkəzinə zəng edərək atası...