BDU-nun tələbəsi intihar etdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən “AAAF Park” yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib.
Onun meyiti eyvanda asılı halda aşkar edilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
***
Bakı Dövlət Universiteti Ramil Nəsirovun vəfatı ilə bağlı məlumat yayıb.
Universitetdən bildirilib ki, R.Nəsirov Şərqşünaslıq fakültəsinin IV kurs tələbəsi olub: “2020-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsinə Tərcümə (fars dili) ixtisası üzrə qəbul olunmuş Ramil Nəsirov Universitetin təhsil göstəricələrinə görə fərqlənən və ictimai fəallığı ilə seçilən tələbələrindən olub. Daim BDU-nun və fakültənin ictimai həyatında aktiv iştirak edib. 2023-2024-cü tədris ilinin qış imtahan sessiyasında müvəffəq qiymətlər alıb və cari tədris ilində BDU-da təhsilini müvəffəqiyyətlə başa vurması gözlənilirdi”.
Oxşar xəbərlər
Bakı Dövlət Universitetinin tələbəsi vəfat edib
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin IV kurs tələbəsi Şahin Qərib oğlu Əliyev vəfat edib. Bu barədə universitetdən məlumat verilib. Qeyd olu...