Bıçaqlanan oğlan polisi aldatmaq istədi: "4 uşağı var, xalamın yoldaşıdır" (VİDEO)
14
sen
2017
13:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Goranboy sakini evinə qonaq gələn qohumunu bıçaqlayıb.ARB TV xəbər verir ki, Xocalı rayon polis şöbəsinə Bakı şəhər sakini 23 yaşlı Marat Hüseynzadənin xəsarət alaraq Goranboy rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə məlumat daxil olub. Dərhal xəstəxanaya gələn şöbənin əməliyyat qrupu zəruri istintaq hərəkətlərinə başlayıb. Cərrahiyyə əməliyyatından sonra müstəntiqə ifadə verən Marat Rus Borisi kənd qəbristanlığına anasının məzarını ziyarət gedən zaman xəsarət aldığını bildirib. Lakin ilkin ifadəsində ziddiyyətli məqamların olması polislərdə şübhə yaradıb. Əməliyyat yolu ilə müəyyən edilib ki, zərərçəkən xalasının 36 yaşlı həyat yoldaşı tərəfindən bıçaqlanıb. İsti izlərlə saxlanılan Nürəddin Həsənov Bakı şəhərindən evinə qonaq gələn Marat Hüseynzadəni bıçaqlamasını etiraf edib. Mübahisə isə tərəflər arasında yeyib-içdikdən sonra baş verib. Sərxoş halda söz davasına çıxan Nürəddin Həsənovu həyat yoldaşı İnna İvliyeva sakitləşdirsə də mətbəxdə tərəflər yenidən mübahisəni davam etdirib. Nürəddin Həsənov - saxlanılan şəxs: “Dalaşdıq o mənim gözümdən yumruqla vurdu. Məndə stolun üstündən bıçağı götürüb onu vurdum. Elədiyim əmələ görə çox peşmanam”. Hazırda xəstəxanada müalicə alan Marat Hüseynzadə polisə yalan danışmasına bu cür aydınlıq gətirib. Marat Hüseynzadə - Xəsarət alan şəxs: “Qohumumdu istəmirdim tutulsun. Həmdə 4 uşağı var. Xalamın yoldaşıdır”. Spirtli içkinin sağlamlıq və azadlıqdan etdiyi şəxslərin sonrakı aqibəti aparılacaq istintaq araşdırmalardan sonra bəlli olacaq. BAKU.WS
Oxşar xəbərlər
Ciyər axşamında adam bıçaqlayan şəxs: Yaxşı oğlanlara salam olsun (VİDEO)
Ciyər axşamında yaranan mübahisə toyda davaya çevrilib.ARB TV-dən BAKU.WS-ə verilən məlumata görə, Alabaşlı kənd sakini Orxan Cəbrayılov həmyerlisi Ramiz Heydər...