Bayram günlərində yollarda 12 nəfər ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Beş qeyri-iş günündə respublikanın avtomobil yollarında ölümlə və xəsarətlə nəticələnən 47 yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, bunu APA-ya açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.
O bildirib ki, maneəyə vurma nəticəsində 3 nəfər, toqquşma nəticəsində 1 nəfər, piyada vurma nəticəsində 3 nəfər, aşma nəticəsində isə 5 nəfər həyatını itirib:
“Vətəndaşlarımıza, sürücülərə müraciət edərək bildiririk ki, günündən, saatından asılı olmayaraq hər bir yol iştirakçısı hüquq və vəzifələrinə riayət etməli, özünün və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükə altına atmamalıdır”.
Oxşar xəbərlər
Bu il yollarda baş verən qəzalarda 504 nəfər həlak olub
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) cari ilin 9 ayı ərzində qeydə alınan yol-nəqliyyat hadisələrinin statistikasını yayıb. BAKU.WS xəbər verir ki, 2021-ci ili...