Başqasına məxsus “Prius”la qəza törətdi, öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Tərtərdə ölümlə nəticələnən yol qəzası baş verib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Tərtər-Goranboy yolunun Seydimli kəndindən keçən hissəsində qeydə alınıb.
Rayonun Balakəngərli kənd sakini, 2000-ci il təvəllüdlü Məmmədov Bəhruz Mənaf oğlu idarə etdiyi “Toyota Prius” markalı avtomobillə yol qəzası törədib. Nəticədə o, aldığı xəsarətlərdən yerindəcə keçinib.
Bildirilib ki, avtomobil B.Məmmədova məxsus olmayıb. O, etibarnamə olmadan Nicat Şükürov adlı şəxsə məxsus avtomobili idarə edirmiş.
Faktla bağlı cinayət işi başlanıb.
Oxşar xəbərlər
Əvəz Zeynallı kimlərdən nə qədər pul alıb? - ŞOK FAKTLAR + SİYAHI
“Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və “Səda TV” MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun cinayət işi üzrə ittihamlar məlum o...