Baş Polis İdarəsindən Mehdixanın oğurlanıb girov saxlanılması xəbəri ilə bağlı AÇIQLAMA - VİDEO

Baş Polis İdarəsindən Mehdixanın oğurlanıb girov saxlanılması xəbəri ilə bağlı AÇIQLAMA - VİDEO
Video
Hadisə 2544
Bakı şəhərində naməlum şəxslər tərəfindən azyaşlının oğrulanaraq saxlanması ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir.Bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, avqustun 12-də Suraxanı rayonu Hövsan qəsəbəsində yaşayan A.Qarayeva Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsində müraciət edərək bildirib ki, övladı – 2004-cü il təvəllüdlü Mehdixan Məmmədovun xəbərsiz yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb.Faktla bağlı azyaşlının yerinin müəyyən edilməsi, həmçinin hadisənin tam və hərtərəfli araşdırılması məqsədi ilə Bakı şəhər prokurorluğu tərəfindən AR CM-nin 144.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaqının aparılması üçün aidiyyati üzrə Suraxanı RPİ-nin İstintaq şöbəsinə göndərilib.Oktyabrın 30-da azyaşlının valideyni övladının qayıtması ilə polisi məlumatlandırmaqla, övladının oğurlanaraq zirzəmidə saxlanıldığını bildirib.Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış, istintaq tədbirləri ilə M.Məmmədovun ailə üzvlərinə oğurlaması ilə bağlı dedikləri yoxlanılmaqla iddalar təsdiqini tapmayıb. Polis və prokurorluq orqanı əməkdaşlarının azyaşlı ilə apardıqları söhbətlər zamanı müəyyən olunub ki, azyaşlı istintaqa ilkin ifadəsində ailəsindən xəbərsiz yaşadığı evdən öz istəyi ilə qaçaraq, bu müddətdə avtoyuma məntəqəsində işləyib, parklarda gecələyib.Lakin oktyabrın 30-da havaların soyuması səbəbindən yaşadığı ünvana qayıdaraq, valideynlərinin onu incidəcəyindən ehtiyatlandığından oğurlanaraq zirzəmidə saxlandığını bildirib. Azyaşlının ilkin ifadəsi zamanı ünvanları göstərdiyi avtoyuma məntəqəsinə baxış keçirilib, müvafiq istinaq hərəkətləri həyata keçirilib. Cinayət işi üzrə araşdırmalar davam etdirilir.Zülfiyyə Qurbanova
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Hövsan qızlarına söz atan oğlanlardan biri video yayıldıqdan sonra yoxa çıxıb - VİDEO

Hövsan qızlarına söz atan oğlanlardan biri video yayıldıqdan sonra yoxa çıxıb - VİDEO

Hövsan qızlarına söz atan oğlanlardan biri yoxa çıxıb. BAKU.WS xəbər verir ki, 2004-cü il təvəllüdlü Mehdixan Məmmədov Elşən oğlu sözügedən video sosial şəbəkəl...

4504 Hadisə 15:39 11 oktyabr 2019

Son xəbərlər