Bank soyan milyarder həbs olundu

Bank soyan milyarder həbs olundu
Hadisə 1032

 

Çində bank soyan milyarder həbs edilib. 

BAKU.WS-in məlumatına görə, soyğunçuluq hadisəsi 16 il əvvəl Çinin Xenan əyalətində baş verib. Şi soyadlı çinli əlbir olduğu üç cinayətkarla birgə saxlanılıb. 

Bank soyğunçuluğunu beş nəfər həyata keçirib. Hadisə 5 dekabr 1999-cu il tarixində qeydə alınıb. İki milyon yuan (320 min dollar) nağd vəsaiti bankdan oğurlayan cinayətkarlar hazırda polis tərəfindən dindirilir. 

Müstəntiqlərin fikrincə, məhz Şi soyğunçuluq haqqında ideyanın müəllifi olub. Daha sonra oğurlanmış puldan öz payını götürən Şi pulunu əmlaka yatırıb və çoxlu gəlir əldə edib. Nəticədə milyardlar qazanmağı bacaran çinli indi oğurladıqlarını qaytarmalı olacaq. 

BAKU.WS

Son xəbərlər