Balakəndə 680 evi su basdı, 8 körpünü sel apardı - VİDEO
12
iyn
2018
14:39
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Balakən rayonunun Katex kəndi ərazisindən axan Dəli çay daşıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, gecə saatlarında başlayan leysan xarakterli yağış nəticəsində çay məcrasından çıxıb. Nəticədə Katex kəndinə ziyan dəyib, evlərin əksəriyyətinin zirzəmiləri və həyətləri su altında qalıb.Balakən rayonunda Dəli çayın daşması nəticəsində 8 avtomobil körpüsünü sel aparıb. Eyni zamanda 680-dən çox evin həyətinə və zirməsinə su dolub, bir neçə piyada keçidi uçub. Balakən rayonunda dəli çayın daşması nəticəsində Katex kəndinin bir hissəsi ilə əlaqə kəsilib."Report"un Şimal-qərb bürosu xəbər verir ki, kənd ərazisində 20-dən artıq evlə əlaqə kəsilib. Kommuniklasiya xətləri sıradan çıxıb, elektrik və rabitə dirəkləri aşıb. Dəyən ziyan araşdırlır.BAKU.WS 



Oxşar xəbərlər
Şamaxıda avtomobili sel apardı - FOTO
Ötən iki gün ərzində Şamaxı rayonuna yağan güclü leysan yağışından sonra əmələ gələn sel suları təsərrüfatın ayrı-ayrı sahələrinə ziyan vurub.BAKU.WS APA-ya ist...