Balakənin Katex kəndində bir nəfər seldən xilas edilib
Balakən rayonunun Katex kəndində bir nəfər seldən xilas edilib.
Bu məlumat BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən verilib.
Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Balakən rayonu, Katex kəndində bir nəfərin sel gəlməsi səbəbindən çayda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində çayda köməksiz vəziyyətdə qalan vətəndaş - 1985-ci il təvəllüdlü Ramiz Şaban oğlu Asxabov xilas edilib", - deyə məlumatda bildirilib.
Oxşar xəbərlər
Bakıda 10 nəfərin ölümündə təqsirli bilinən şəxslərin cəzası azaldıldı
"Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partla...