Balakəndə yol qəzası olub, xəsarət alanlar var
31
iyl
2023
20:10
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Balakən rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun rayonun Katex kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, yük və minik avtomobillərinin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.
Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hazırda onların müayinəsi aparılır, şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
DSX: "Sərhədi pozmağa çalışan şəxslər saxlanılıb" - FOTO
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidməti...