Minik avtomobili aşdı: 1 nəfər öldü, 4 nəfər xəsarət aldı

Minik avtomobili aşdı: 1 nəfər öldü, 4 nəfər xəsarət aldı
Hadisə 429

Balakəndə baş verən ağır yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə dekabrın 31-i axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib.

Balakən rayon sakininin idarə etdiyi “KHAZAR” markalı minin avtomobili Zaqatala rayonundan Balakən şəhəri istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı avtomobildə olan şəxslər - 1980-cı il təvəllüdlü Balakən rayonu Qazma kənd sakini Vidadi Cuma oğlu Əhmədov, 2000-ci il təvəllüdlü Hənifə kənd sakini Alişan Əsəbəli oğlu Namazov, 2001-ci il təvəllüdlü Hənifə kənd sakini Nicat Arif oğlu Kiçiliyev, 1988-ci il təvəllüdlü Hənifə kənd sakini Yusif Nəbi oğlu Nəbiyev və 1991-ci il təvəllüdlü Azad Rövşən oğlu Qardaşaov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.

Yaralılardan 19 yaşlı N.Kiçiliyev xəstəxanaya daxil olduqdan bir neçə saat sonra aldığı xəsarətlərdən dünyasını dəyişib.

V.Əhmədov və A.Qardaşovun müalicə və müayinəsi xəstəxanada davam etdirilir.

N.Nəbiyevin və A.Namazovun xəsarətləri yüngül olduğundan onlara ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər