Bakının mərkəzinə gələn yolda baş verən dəhşətli qəzanın TƏFƏRRÜATLARI
Dünən Bakı şəhərində baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb.
Lent.az xəbər verir ki, Zığ şosesində (beton yol) "Mercedes" və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"ın sürücüsü, 1992-ci il təvəllüdlü Əliyev Fərid Möhübbət oğlu hadisə yerində vəfat edib. Digər avtomobilin sürücüsü 49 yaşlı Nəriman Əliyev, onun qızı, 30 yaşlı Afaq və 10 yaşlı nəvəsi Emil isə xəstəxanaya yerləşdirilib.
İlkin araşdırma zamanı məlum olub ki, dünən səhərdən Zığ şosesinin bir zolağında hərəkət məhdudlaşdırılıb və yolun xətlərin rənglənməsi ilə bağlı avtomobillər gediş-gəliş üçün bir zolağa istiqamətləndirilib. Bu zaman sürət həddini düzgün seçməyən sürücülərdən biri maşını yüksək sürətlə üzbəüz gələn digər avtomobilə çırpıb və ağır qəza baş verib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, artıq yolda xətlərin rənglənməsi işləri başa çatdırılıb və hər iki istiqamətdə tam açıqdır.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda 6 nəfərin öldüyü DƏHŞƏTLİ qəzanın görüntüləri yayıldı (VİDEO18+)
Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Tanrıqulul...