Bakının bu ərazilərində qaz olmayacaq

Bakının bu ərazilərində qaz olmayacaq
Hadisə 761

Bu gün Bakının iki qəsəbəsinin qaz təchizatında müvəqqəti yaranacaq.

Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Digah” Qazpaylayıcı Stansiyasından (QPS) qidalanan "Mayak” və "Pir” orta təzyiqli qaz kəmərlərinin, həmçinin “1 May” ölçü qovşağından qidalanan əhali qaz xəttinin hava kompressoru vasitəsi ilə kipliyə sınaq olunması məqsədi ilə mayın 20-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Pirallahı və Nardaran qəsəbələrinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

DİQQƏT! Bu gün bu rayonun 23 yaşayış məntəqəsində qaz olmayacaq

DİQQƏT! Bu gün bu rayonun 23 yaşayış məntəqəsində qaz olmayacaq

Bu gün Göygöl rayonunun qaz təchizatında fasilə yaranacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bild...

5 Hadisə 10:34 18 mart 2024

Son xəbərlər