Bakılı dünya çempionu Rusiyada beynəlxalq axtarışa verildi

Bakılı dünya çempionu Rusiyada beynəlxalq axtarışa verildi
Hadisə 61

Rusiyanın hüquq-mühafizə orqanları şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov barəsində beynəlxalq axtarış elan edib.

BAKU.WS Tass-a istinadən xəbər verir ki, o, terrorizmi internetdə bəraətləndirmə və "xarici agent" fəaliyyəti qaydalarını pozmaqda ittiham olunur.

Bildirilir ki, Kasparov barəsində qiyabi həbs qərarı çıxarılıb.

Məlumata əsasən, Moskvanın Zamoskvoretsk məhkəməsi 2025-ci ilin dekabrında onun ekstradisiya və ya saxlanılacağı halda iki aylıq həbs-qətimkan tədbiri seçib.

Xatırladaq ki, Kasparov 2022-ci ildə Rusiyada "xarici agent" siyahısına daxil edilib və hazırda ölkə xaricində yaşayır.

Qeyd edək ki, Kasparov 1963-cü ildə Bakıda doğulub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər