Bakıdakı özəl məktəbdə düşən davanın səbəbi bilindi - TƏFƏRRÜATI

Bakıdakı özəl məktəbdə düşən davanın səbəbi bilindi - TƏFƏRRÜATI
Hadisə 1084

Bakıda özəl məktəbdə baş verən insidentlə bağlı təhsil müəssisəsindən açıqlama yayılıb.

BAKU.WS xəbər verir ki, açıqlamada bildirilir:

“Dünən (29.09.2021) məktəbin "Bayıl" korpusunun həyətində baş vermiş xoşagəlməz hadisəyə aydınlıq gətiririk.

İnsident valideynlərdən biri ilə məktəbin təhlükəsizlik xidmətinin əməkdaşı arasında baş verib.

Təhlükəsizlik xidmətinin əməkdaşı üzərində şəxsiyyət vəsiqəsi olmadan övladını götürməyə gələn valideynə (məktəbin daxili qaydalarına uyğun olaraq, hər bir valideyn/qəyyum dərsdən sonra şagirdi götürmək üçün öz şəxsiyyətini təsdiq etməlidir) məktəbin bütün şagirdlərin təhlükəsizliyinin təmin olunmasına xidmət edən qaydalarını nəzakətli şəkildə bildirib.

Müvafiq kartın olmasının və digər çıxışdan istifadənin zəruriliyi barədə xəbərdarlığa baxmayaraq, anası şagirdi turniketin altından keçirdərək aparıb.

Müəyyən müddətdən sonra şagirdin atası məktəbə gələrək təhlükəsizlik xidmətinin əməkdaşını həyat yoldaşına qarşı “ədəbsiz davranış”da günahlandıraraq ona qəflətən hücum edib və xəsarət yetirib.

Nəticədə Vətən Müharibəsi zamanı Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olunmasında iştirak etmiş məktəb əməkdaşına tibbi yardım göstərilməsi zərurəti yaranmışdır.

Həm hadisənin özü, həm də buna gətirib çıxaran məqamlar videomüşahidə kameraları vasitəsilə qeydə alınıb.

Beləliklə, valideynlər münaqişə vəziyyəti yaradıblar və məktəb qaydalarını kobud şəkildə pozaraq vəziyyəti daha da ağırlaşdırıblar.

Məktəb yaranmış vəziyyətdən təəssüflənir və bütün valideynlərdən şagirdlərin təhlükəsizliyinə yönəlmiş daxili qaydalara riayət etmələrini xahiş edir.

Hazırda hüquq-mühafizə orqanları bu məsələ ilə bağlı araşdırma aparırlar. İctimaiyyətə əlavə məlumat təqdim olunacaq. Xahiş olunur, yalnız rəsmi informasiyaya etibar edəsiniz. Anlayışınız üçün təşəkkür edirik!”

Son xəbərlər