Bakıda zibil qutusuna atılan körpənin vəziyyəti ağırdır - YENİLƏNİB

Bakıda zibil qutusuna atılan körpənin vəziyyəti ağırdır - YENİLƏNİB
Hadisə 1866

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakıda küçəyə atılan 10-15 günlük uşağın səhhəti barədə açıqlama verib.

TƏBİB-dən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sabunçu rayonunda məişət tullantıları qutusunda tapılan yeni doğulmuş körpə 1 saylı Körpələr Evinin göndərişi əsasında TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib:

"Körpəyə mərkəzi sinir sisteminin dəqiqləşdirilməmiş zədələnməsi, düşməmiş göbək diaqnozu qoyulub. Ona ilkin tibbi yardım göstərilib, lazımı müayinələrdən keçirilib. Hazırda körpənin vəziyyəti ağırdır".

***10:20

Bakıda 10-15 günlük körpəsini zibil qutusuna atan qadın polis şöbəsinə gətirilib.

Bu barədə BAKU.WS-ə DİN Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov məlumat verib.

Onun sözlərinə görə, ötən gün Sabunçu rayonunda yeni doğulmuş körpənin məişət tullantıları qutusunda tapılması barədə ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə məlumat daxil olub:

"Dərhal şöbənin əməkdaşları tərəfindən uşaq həmin yerdən götürülərək tibb müəssisəsinə yerləşdirilib. Körpənin anası S.Qasımova polis əməkdaşları tərəfindən qısa zamanda müəyyən edilərək Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilib. Hazırda həmin şəxs barəsində toplanmış materiala hüquqi qiymət verilməsi üçün iş Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Araşdırmalar davam edir".

***09:37

Bakıda 10-15 günlük küçəyə atılan uşaq barədə bəzi detallar məlum olub.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, uşağı Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri Q.Vəzirov küçəsində məişət tullantıları qutusunun birindən tapıb və polisə məlumat veriblər.

Aparılan araşdırma nəticəsində uşağın anasının Suraxanı rayonu, Hövsan qəsəbə sakini, 1992-ci il təvəllüdlü Səbinə Qasımova olduğu müəyyən edilib.

Uşaq müvəqqəti Nəsimi rayonu 1 saylı uşaq poliklinikasına yerləşdirilib.

Məlumatlara görə, S.Qasımova uşağı Nəsimi rayonunda dünyaya gətirib və Sabunçu rayonuna gələrək orada zibil qutusa atıb. Baş verən hadisə ərazidəki müşahidə kameralarına əks olunub.

***09:09

Bakıda 10-15 günlük körpə küçəyə atılıb.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, Sabunçu rayonu, Tatarski küçəsində zibil yeşiklərinin birində təxminən 10-15 günlük, qadın cinsli, parçaya bükülmüş vəziyyətə uşaq aşakar edilib.

Uşaq hazırda Körpələr evinə yerləşdirilib.

Körpənin valideynlərinin aşkar edilərək müəyyən olunması istiqamətində araşdırma aparılır.

Son xəbərlər