Bakıda zəncirvari qəza: Üç avtomobil toqquşdu - FOTO/VİDEO

Bakıda zəncirvari qəza: Üç avtomobil toqquşdu - FOTO/VİDEO
Foto Video
Hadisə 0

Bakının Nəsimi rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS bizim.media-ya istinadən xəbər verir ki, hadisə metronun “20 Yanvar” stansiyası yaxınlığında qeydə alınıb.

Belə ki, KIA, “Mercedes-Benz” və “Opel” markalı avtomobillər toqquşub. Qəza nəticəsində KIA markalı avtomobilə daha çox ziyan dəyib. Digər avtomobillər isə qismən əzilib.

Hadisə zamanı xəsarət alan olmayıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Nəqliyyatın hərəkətinə mane olmamaq üçün qəzaya uğrayan avtomobillər ərazidən kənarlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər