Bakıda zəncirvari qəza: ölən və yaralanan var
18
mar
2021
12:55
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə martın 17-də saat 23 radələrində Xocəsən qəsəbəsi ərazisində baş verib.
Bakı şəhər sakini V.Quliyev idarə etdiyi “Opel” markalı avtomobili qarşıda gedən Abşeron rayon sakini E.Nəbiyevin idarə etdiyi “AzSamand” markalı avtomobilə vurduqdan sonra yolun kənarında dayanmış “Mercedes” markalı yük avtomobilinə dəyib.
Nəticədə V.Quliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib.
Oxşar xəbərlər
Hacıqabulda dəhşətli gecə: eyni gündə üç nəfər öldü
Hacıqabul rayonunda ölümlə nəticələnən ard-arda üç yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-ə verilən məlum...