Bakıda yüksək sürətlə hərəkət edən avtomobil aşdı - ÖLƏNLƏR VAR
Yeniliklərdən dərhal xəbərdar olun
Dünən axşam Bakıda daha bir ağır yol qəzası baş verib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Suraxanı rayonu ərazisində - Hövsan yolunun 1-ci kilometrliyində 1984-cü il təvəllüdlü Eldəniz Əhmədovun yüksək sürətlə idarə etiyi “Mercedes C Class” markalı avtomobil aşaraq yolun kənarında bir neçə dəfə yuvarlanıb.
Nəticədə sürücü E.Əhmədov və sərnişini, 1982-ci il təvəllüdlü Məmməd İskəndərov vəfat edib. Digər sərnişin, 1967-ci il təvəllüdlü Oqtay Qurbanov isə ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə çatdırılıb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Maşın eyni anda 2 piyadanı vurub öldürdü - YENİLƏNİB - VİDEO
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Qaradağ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb. İdarədən BAKU.WS-ə daxil olan məlumatda d...