Bakıda yük qatarının yolu bağlamasının səbəbi AÇIQLANDI - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda Yeni Suraxanı qəsəbəsində yük qatarının qısa müddət yolu bağlaması ilə bağlı görüntülər yayılıb.
BAKU.WS xəbər verir ki, kadrlarda yük qatarının yolda dayanması səbəbindən nəqliyyat vasitələrinin hərəkət edə bilməməsi öz əksini tapıb.
Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) müraciət etdik. Qurumun mətbuat xidmətindən BAKU.WS-ə bildirildi ki, həmin ərazidə planlaşdırılmış təmir-tikinti işləri aparılır:
"Bu səbəbdən günün müəyyən saatlarında yük qatarlarından lazımi tikinti materialları boşaldılır və bu da qısamüddətli prosesdir. Ümumiyyətlə, dəmir yollarında təmir-tikinti işləri aparılarkən keçidlərdə bəzən belə hallar müşahidə olunur".
Orxan Hüseyn
Oxşar xəbərlər
Bakıda məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib
Yasamal rayonunda yerləşən orta məktəbdə "Real Təhlil və İnformasiya Mərkəzi"nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanı...