Bakıda yük qatarı 42 yaşlı kişini vuraraq öldürüb

Bakıda yük qatarı 42 yaşlı kişini vuraraq öldürüb.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
Qeyd edilir ki, bu gün saat 19:15-də “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yük qatarı Abşeron-Puta mənzilinin 32-ci km-də hərəkətdə olarkən Lökbatan qəsəbə sakini 1981-ci il təvəllüdlü Cavadov Zaur Ağababa oğlu qəflətən qatarın yoluna çıxıb.
"Təəssüflə qeyd edirik ki, maşinist təcili tormozlama aparsa da, həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb.
Hazırda ADY nümayəndələri müvafiq hüquq mühafizə orqanları ilə birgə hadisə yerindədirlər. Hadisə aidiyyəti üzrə araşdırılır", - QSC-dən əlavə olunub.
Oxşar xəbərlər
Sumqayıt-Bakı elektrik qatarının piyada vurmasıyla bağlı RƏSMİ MƏLUMAT - YENİLƏNİB
Bu gün səhər saat 07:40 radələrində 6006 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarı Güzdək-Xırdalan mənzilinin 11-ci kilometrində 101 km/saat sürətlə (təyin o...
