Bakıda yolu keçən qadını avtomobil vurub

Bakıda yolu keçən qadını avtomobil vurub
Hadisə 117

Bakının Xəzər rayonunda yolu keçən 51 yaşlı qadını avtomobil vurub.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, 1971-ci il təvəllüdlü Həsənova Validə Əsəd qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər