Bakıda gecə 4 avtomobilin toqquşduğu ağır qəzadan görüntülər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nərimanov rayonunda 4 avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.
BAKU.WS BAKU TV-yə istinadən xəbər verir ki, qəza Heydər Əliyev prospektində, Bağırov körpüsü kimi tanınan tuneldə qeydə alınıb.
Prospektlə hərəkətdə olan iki "Toyota" və "Opel" markalı avtomobillər olmaqla ümumilikdə 4 nəqliyyat vasitəsi toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində 1986-cı il təvəllüdlü Əliyev Nemət Rasim oğlu, 1982-ci il təvəllüdlü Kazım Quliyev və Verdiyev Samir Sahib oğlu xəsarət alıblar. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.
Ə. Nemətə qapalı kəllə-beyin travması və baş-beyin əzilməsi, Q. Kazıma isə döş qəfəsinin küt travması və qapalı kəllə-beyin travması diaqnozları qoyulub.
Qəza səbəbindən yolun hər iki istiqamətində sıxlıq müşahidə edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
“Samir saçımı ipə bağladı...” - Gözəlin başına gələn dəhşətli hadisə
Bakının Suraxanı rayonunda 2002-ci il təvəllüdlü Gözəl anası Lalənin üzünə sirkə turşusu ataraq ona xəsarət yetirib. BAKU.WS “teleqraf.com”a istinadən xəbər ver...