Bakıda yol qəzası tıxaca səbəb oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda yol qəzası baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.
Həsən Əliyev prospektindəki tuneldə “10-BY-448” dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil “90-LK-266” dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobili arxadan vurub. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.
Qəza yerinə DYP əməkdaşları və təxliyə maşını gəlib. Qeyd edək ki, hadisə ilə əlaqədar ərazidə tıxac yaranıb. Hazırda tıxacın aradan qaldırılması istiqamətində işlər görülür.
Oxşar xəbərlər
Bakıda qar zəncirvari qəzaya səbəb oldu, tıxac yarandı - FOTO
Bakıda zəncirvari qəza olub. BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Belə ki, "90-ZE-882" dövlət nömrə nişan...