Bakıda qar zəncirvari qəzaya səbəb oldu, tıxac yarandı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda zəncirvari qəza olub.
BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.
Belə ki, "90-ZE-882" dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil sürət həddini aşaraq "90-RP-354" dövlət nömrə nişanlı "Volkswagen Passat" markalı avtomobili arxadan vurub.
Sonuncu isə öz növbəsində "99-HD-526" dövlət nömrə nişanlı "Honda" markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində xəsarət alan olmasa da, hər üç nəqliyyat vasitəsinə ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları gəlib.
Qəza ilə bağlı prospektdə tıxac yaranıb.
Qalereya
Oxşar xəbərlər
Bakıda qar yol qəzasına səbəb oldu - FOTO
Bakıda gecə saatlarından yağan qar yol qəzasına səbəb olub. BAKU.WS "Report"a istinadla xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib. “Mercedes”...