Bakıda zəncirvari qəza tıxac yaratdı - FOTO

Bakıda zəncirvari qəza tıxac yaratdı - FOTO
Hadisə 385

Bakıda zəncirvari yol qəzası baş verib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

Zığ şosesindən Nobel prospektində hərəkətdə olan "VAZ-2107" markalı avtomobil idarəetməni itirərək eyni istiqamətdə hərəkətdə olan "BMW" markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində eyni istiqamətdə hərəkətdə olan "Hyundai" markalı avtomobil də idarəetməni itirərək həmin maşınlarla toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib və yolda tıxac yaranıb.

Hazırda yolda avtomobillərin hərəkətini təmin etmək üçün əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Oxşar xəbərlər

Bakıda zəncirvari qəza - VİDEO

Bakıda zəncirvari qəza - VİDEO

Bakının Nizami rayonu ərazisində zəncirvari yol qəzası baş verib. Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər. Bildirilir ki, qəza B...

457 Hadisə 16:17 28 noyabr 2019

Son xəbərlər