Bakıda yeddi yaşlı qızı zorlamaq istədilər

Bakıda yeddi yaşlı qızı zorlamaq istədilər
Hadisə 1318

Bakının Xəzər rayonunun hüquq-mühafizə orqanlarına azyaşlı qız uşağına qarşı təcavüzə cəhd edildiyi barədə məlumat daxil olub.

BAKU.WS “ölkə.az"a istinadən xəbər verir ki, fevral ayının 3-də Binə qəsəbəsində yaşayan 32 yaşlı qadın Xəzər rayonu 3-cü Polis Bölməsinə müraciət edib.

Qadın bildirib ki, 29 yaşlı qonşusu onun yeddi yaşlı qızına qarşı cinsi təcavüz etməyə cəhd göstərib.

O həmçinin söyləyib ki, səhər saatlarında qonşusu onun mənzilinə daxil olaraq uşağa hücum edib.

Xoşbəxtlikdən təcavüzkar öz istəyinə nail ola bilməyib.

Azyaşlının hay-küy salması təcavüzkarı qorxudub.

Hazırda istintaq məlumatın hansı dərəcədə doğru olduğunu araşdırır.

Faktla bağlı hələlik saxlanılan yoxdur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər