Bakıda kişi sevgilisinin 12 yaşlı qızını zorladı
Paytaxtda bir müddət öncə ərindən boşanan qadın birlikdə yaşadığı sevgilisindən polisə şikayət edib.
"Qafqazinfo”nun verdiyi xəbərə görə, Xəzər rayonu, Binə qəsəbəsində yaşayan 1982-ci il təvəllüdlü İ.M hüquq-mühafizə orqanlarına müraciət edərək sevgilisinin onun 12 yaşlı qızına qarşı zorakı hərəkətlər etdiyini bildirib.
İ.M deyib ki, qeyri-rəsmi olaraq birlikdə yaşadığı Mahir (şərti) adlı sevgilisi 1 həftə ərzində hər gün qızı 2004-cü il təvəllüdlü Aynura (şərti) qarşı zorakılıqla seksual xarakterli hərəkətlər edib. Bir müddət qorxusunda heç kimə bir söz deməyən uşaq sonradan hər şeyi anasına danışıb.
Araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda ögey ata 8 yaşlı qızını zorladı
Bakı polisinə 8 yaşlı qızın ögey atası tərəfindən zorlanması ilə bağlı şikayət daxil olub. "Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Maştağa qəsəbəsində baş...