Bakıda yaşayış binasında yanğın: Sakinlər təxliyə olundu
16
iyn
2024
16:35
Bakıda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə olunub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Suraxanı rayonunda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində pilləkən qəfəsində quraşdırılan 8 ədəd elektrik sayğacı və 10 p.m elektrik kabeli yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 3 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
Sumqayıtda dördmərtəbəli binada yanğın olub, 15 nəfər təxliyə olunub
Sumqayıt şəhərində dördmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd sayğac, 6 ədəd elektrik açarı və...