Bakıda yaşayış binasında yanğın: 10 nəfər təxliyə edilib
11
avq
2023
15:18
Bakı şəhərinin Qaradağ rayonunda yanğın olub.
BAKU.WS Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının 3-cü, 4-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 3 ədəd elektrik sayğacı və 1-ci mərtəbədən 5-ci mərtəbəyə qədər pilləkən qəfəsindən keçən elektrik kabelləri 20 metr yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
Bakıda yaşayış binasındakı yanğında iki nəfər xəsarət alıb - YENİLƏNİB - VİDEO
Bakıda yaşayış binasında yanğın zamanı 2 nəfər xəsarət alıb. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Ya...